Cəlilabadda evdən oğurluq edib, sonra evi yandırdılar

Cəlilabadda evdən oğurluq edib, sonra evi yandırdılar
  • Cəlilabad / Hadisə

  • Cəlilabadda evdən 16 min manat pul oğurlanıb.

    Asiya.az-ın verdiyi məlumata görə hadisə rayonunun Təzəkənd kəndində İsayevlər ailəsinə məxsus evdə baş verib. Belə ki, evdən 16 min manat pul oğurlayan şəxs və ya şəxslər, cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurub. Həmən vaxtı qonaq gedən İsayevlər ailəsinə zəng edilərək evlərinin yandığını xəbərini veriblər. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Güclü külək və yağışlı havada yanğın lokalaşdırılsa da, sahəsi 130 kvadratlıq evin 50 kvadratın iç hissəsi yanıb. Yanğının evin digər yanar konstruksiyalarına keçməsinin qarşısı alınıb. Bu işdə kənd sakinləri də fəal iştirak ediblər. Hadisə şahidləri otaqlarda yanmayan yanar maye izləri də aşkar ediblər. Ev sahibi Kamil İsayevin sözlərinə görə yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənədlər və geyim əşyaları da yanaraq sıradan çıxıb. Oğurlanan pul ev sahibinin oğluna məxsus idi və o, müəyyən miqdar da toplayandan sonra yeni ev almağı planlaşdırdı. Qeyd edək ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma işləri davam etdirilir.
    Hazırda vətəndaşın müraciəti əsasında araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər