Lənkəranda yüksək vəzifə təyinatları olub

Lənkəranda yüksək vəzifə təyinatları olub
  • Lənkəran / Siyasət

  • Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə başçının birinci müavini və başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub.

    Asiya.az xəbər verir ki, sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri təyin ediliblər.

    Hər iki şəxs bu vəzifəyə qədər Lənkəran ŞİH başçısı aparatında məsul vəzifələrdə çalışıblar. Belə ki, M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini olublar.
    PAYLAŞ:

    Oxşar xəbərlər