Yardımlıda "Narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib

Yardımlıda "Narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib
  • Yardımlı / Sosial

  • Yardımlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Köryədi kənd tam orta məktəbinin şagirdləri ilə "Narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib.

    Asiya.az xəbər verir ki, çıxış edən Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Rauf Babaşov və RİH başçısının müavini Əfsanə Məmmədova yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün həyata keçirilən tədbirlər haqqından məlumat veriblər, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

    Narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlara yol açdığı, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin önəm daşıdığı diqqətə çatdırılıb. 

    Qeyd olunub ki, narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması vacibdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər