Masallıda “Sağlam gələcək naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda görüş keçirilib

Masallıda “Sağlam gələcək naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda görüş keçirilib
  • Masallı / Sosial

  • Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mollaoba kənd tam orta məktəbində “Sağlam gələcək naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda şagirdlərlə görüş keçirilib. 

    Asiya.az xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin əməkdaşları əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar və sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat veriblər. 

    Sonra müzakirə olunan mövzularla əlaqəli videoçarx izlənilib, çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər