Ərkivanda daha 60 ailəyə Ramazan sovqatı verildi - FOTO

Ərkivanda daha 60 ailəyə Ramazan sovqatı verildi - FOTO
  • Masallı / Sosial

  • Masallı rayonun Ərkivan qəsəbəsində Ramazan bayramı münasibətilə 40 ailəyə dəyəri 80 manat olan ərzaq bağlaması, 20 ailəyə isə qurban əti sovqatı paylanılıb.

    Asiya.az xəbər verir ki, bayram sovqatları Rusiya Federasiyasında yaşayıb fəaliyyət göstərən xeyriyyəçi iş adamı Hikmət Məmmədovun maddi dəstəyi ilə başa gəlib.

    Bayram sovqatları Ərkivan Xeyriyyə Cəmiyyətinin könüllüləri tərəfindən aztəminatlı ailələrə çatdırılıb.

    Qeyd edək ki, iki gün öncə Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı, ərkivanlı xeyriyyəçilərinin dəstəyi ilə qəsəbədə 210 aztəminatlı ailəyə bayram sovqatı verilmişdi.
    Ramazan bayramınız mübarək olsun!



    PAYLAŞ:

    Oxşar xəbərlər