Layihə rəhbəri Aydın Kərimli və komandanın digər üzvləri – Zaur Həşimov, Xasay Dadaşzadə, Tunar Eyyublu, Həzrət Əlizadə yarışın keçiriliməsi üçün lazım olan bütün təşkilati prosesləri öz üzərilərinə götürmüşdülər.
Münsiflər heyəti – “Lider Hazırlıq Mərkəzi”nin koordinatoru Radji Gulamirov, Xan Rəsuloğlu, İmran Kərimli və Elçin Emin çıxış edərək öz ürək sözlərini demiş və komandalara uğurlar arzuladılar.
Tədbirdə “Yuxu” qrupunun “Xəzərin sahilində” mahnısı səsləndirilib.
Gərgin və maraqlı keçən bilik yarışmasında “Brainiacs” komandası qalib oldu.
Qalibdən kiçik xal fərqi ilə 2-ci və 3-cü yerləri, müvafiq olaraq “TETaTET” və “Avrora” komandaları tutub.
Hər bir iştirakçı “Lider Hazırlıq Mərkəzi” tərəfindən sertifikatlar və güzəşt kuponları ilə təmin edildi. Həmçinin, Xan Rəsuloğlu fərdi olaraq suallar verərək düzgün cavab verən iştirakçılara müxtəlif janrlarda kitablar hədiyyə etdi.
Tədbirdə bu yarışın keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edildi.