Lənkəranda yeniyetmə poçt bağlamalarını oğurlayıb

Lənkəranda yeniyetmə poçt bağlamalarını oğurlayıb
  • Lənkəran / Hadisə

  • Lənkəran şəhəri ərazisindəki poçt şöbələrindən birindən oğurluq edilib.

    Asiya.az xəbər verir ki, gecə saatlarında naməlum şəxsin poçt şöbəsinin binasının şüşəsini qıraraq içəridən 3 ədəd bağlamanı oğurlaması barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər/Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğun şəhər sakini olan yetkinlik yaşına çatmayan bir nəfər tərəfindən törədildiyi müəyyən edilib.
    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər