Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb - FOTO

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb - FOTO
  • Lerik / Sosial

  • Lerik rayonunun mərkəzindən 18 kilometr uzaqda yerləşən Çayrud kəndində uçqun olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb.
    Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov Asiya.az-a bildirib ki, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Kəndə gediş-gəliş üçün alternativ yoldan istifadə olunur.
    Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.





    PAYLAŞ:

    Oxşar xəbərlər