Əliməmməd Nuriyеv seçki yarışını davam etdirməyəcək

Əliməmməd Nuriyеv seçki yarışını davam etdirməyəcək
  • Siyasət / Araşdırma / Masallı

  • "Əziz dostlar 75 sayı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdim."

    Asiya.az
    xəbər verir ki, bu sözləri Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev öz sosial hesabında paylaşıb. 

    Əliməmməd müəllim sonra qeyd edir:

    "Siyasət mümkün olanı etmək sənətidir. Siyasət, həmçinin imkanları dəyərləndirmək sənətidir. Hələ, müdrik Platon deyirdi ki, siyasətdə ən yaxşı bacarıq mümkün olanı düzgün müəyyənləşdirməkdir. İndiki halda mümkün olanın ən yaxşısını etdik, namizədliyimi irəli sürməklə Yardımlı və Masallının çətinliklərini diqqətə gətirdim. Regionu diqqətdə saxlamağın vacibliyini anlatdıq. Yerli icmaların dərdi-sərini dönə-dönə anlatdıq, dinləmələrinə nail olduq. Təbii qazla təchizat problemini, meşələrin qırılmasını anlatdıq. Təqribi hesablamalar göstərir ki, 100-dən çox ailənin yaşadığı kəndin qışı başa vurması üçün 1000-dən çox ağac qırılır. Ümumi mənzərəni artıq Siz təhlil edin...

    Elm və Təhsil Nazirliyinin, istərsə də Heydər Əliyev Fondunun xətti ilə Yardımlıda məktəblər tikilsə də, tədris zəifdir. Hazırlıq üçün əkəsəriyyət Lənkərana üz tutur. Kənd təsərrüfatı, turizm  potensilanın səmərəli istifadəsi çox-çox aşağıdır.
    Masallının problemlərinə də diqqət çəkdik. Kiçik sahibkarlığın dəstəklənməsi, məşğulluq, kreditlərə çıxış, kənd təsərrüfatının inkişafı, narkotiklərə qarşı mübarizə məsələlərini  qaldırdıq. Masallının Ərkivan kimi böyük qəsəbəsinin 5 məktəbinin 3-ü faktiki olaraq sökülməlidir. Heç əsaslı təmirin da çox faydası olmayacaq. 
    Bu kimi faktları topladıq diqqətə ərz elədik.
    Bir sözlə  mümkün olanın ən yaxşısını etdik. 
    Bu mərhələdə ən böyük nailiyyətimiz məhz bu məsələlərə diqqət çəkməyimiz oldu. 
    Ən azı bu imkandan yararlanmaq və bir rezonans yaratmağa dəyərdi.
    Bu təşəbbüsümüzlə, yeni vizyon təqdim etməklə regionla əlaqədar siyasətin səmərəliyinin artacağına, əlaqədar şəxslərin daha məsuliyyətli olcağına  əminəm.
    Fəlaiyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız  müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir.  Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır.
    Bu prosesdə dəstək olan hər kəsə təşəkkür edirəm!"
    PAYLAŞ:

    Oxşar xəbərlər