Bu qan qrupundan olan insanlar 100 ildən çox yaşayır

Bu qan qrupundan olan insanlar 100 ildən çox yaşayır
  • Maraqlı

  • Ən uzun ömürlü qan qrupu müəyyən edilib.
     
    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin qan qrupları ilə bağlı araşdırmalarından təəccüblü nəticələr əldə olunub.
     
    Uzunömürlülük və ən sağlam qan qrupu ilə bağlı aparılan araşdırmalar nəticəsində maraqlı bir məlumat ortaya çıxıb. Tədqiqatlar göstərir ki, 100 ildən çox yaşayan insanlar adətən müəyyən qan qrupuna malik insanlardırlar. Bu qan qrupu uzunömürlülük və sağlam yaşamaq potensialına görə digər qan qruplarından fərqlənir.
     
    Araşdırmalar nəticəsində ən uzun ömürlü qan qrupunun I qrup olduğu müəyyən edilib.
     
    İngiltərədə aparılan digər bir araşdırma qan qrupları ilə xəstəliklər arasında əlaqə olduğunu ortaya çıxarıb.
     
    882 insan üzərində aparılan araşdırmada tədqiqatçılar AB(IV qrup) qan qrupu olan insanların CVT(beyində qan laxtalanması) riskinin digər qruplara nisbətən orta hesabla 5,6 dəfə yüksək olduğunu, O (I qrup) qan qrupu olanların isə yarıbayarı aşağı olduğunu bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər