Lənkəranda inək oğurlayan keçmiş məhkum saxlanılıb

Lənkəranda inək oğurlayan keçmiş məhkum saxlanılıb
  • Hadisə / Lənkəran

  • Lənkəran rayon sakini olan bir nəfər polisə müraciət edərək örüş sahəsindən bir baş inəyinin naməlum şəraitdə itdiyini və ya oğurlandığını bildirib.

    Asiya.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri  müvafiq tədbirlərlə nəticəsində həmin iribuynuzlu heyvanı oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun əvvəllər də oğurluq əməlinə görə məhkum olunan Turac Nağızadə olduğu müəyyən edilib.

    Hazırda faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər