“Azneft”in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın - Ölən var

“Azneft”in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın - Ölən var
  • Manşet / Hadisə

  • Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin (İB) "28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.

    Bu barədə AZXEBER.COM-a "Azneft”dən bildirilib.

    Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

    Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.

    Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
    PAYLAŞ:

    Oxşar xəbərlər