Masallıda qanunsuz ov edən şəxslər müəyyən edilib

Masallıda qanunsuz ov edən şəxslər müəyyən edilib
  • Hadisə / Masallı

  • Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə  növbəti tədbirlər keçirilib. 

    Asiya.az xəbər verir ki, rayon ərazisində ov üçün təyin edilməyən yerdə Ş.Kərimov və qardaşı F.Kərimovun qanunsuz olaraq ov etdikləri müəyyən olunub. Onlardan 2 ədəd ov tüfəngi və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb. 

    Fakt üzrə araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər