Masallıda qanunsuz ov faktı aşkarlanıb

Masallıda qanunsuz ov faktı aşkarlanıb
  • Masallı / Hadisə

  • Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerlərdə qanunsuz olaraq ov edən rayon sakini A.Şahverdiyev saxlanılıb.

    Ondan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alətlər və qanunsuz olaraq ovladığı çöl quşu aşkarlanıb.

    Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 1 nəfər rayon sakininindən qanunsuz olaraq saxladığı ov silahı aşkarlanaraq götürülüb.

    Faktlar üzrə Masallı RPŞ-də müvafiq araşdırmalar aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər