Asiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 100 yaşdan yuxarı əhalinin sayı son 54 ildir ki, artmaqda davam edir.
Sentyabr ayında ölkədə 100 yaşdan yuxarı əhali 95 min 119 olaraq qeyd edilib. Bu say ilk dəfədir ki, qeydə alınıb və rekorddur.
Keçən ilki məlumatlarla müqayisədə əsr yaşayanların sayı 2 min 980 nəfər artıb. Yaşı 100-dən yuxarı olanların 83 min 958 nəfərinin qadın, 11 min 161 nəfərinin isə kişi olduğu qeyd edilib.
Nazirlik sözçüsü mövzu ilə bağlı açıqlamasında:
"Biz yaşlıların öz icmalarında rahat yaşamağa davam etmələri üçün sosial rifah xidmətlərini artırmağa çalışacağıq",- deyib.