Lerikdən olan yeni deputat kimdir?

Lerikdən olan yeni deputat kimdir?
  • Siyasət / Araşdırma / Lerik

  • 7-ci çağırış Milli Məclisə keçirilən seçkilərdə 125 nəfərdən cəmi 28 namizəd ilk dəfə millət vəkili adını qazanacaq. 

    Cenublu.az xəbər verir ki, ilkin nəticələrə əsasən bu siyahıda 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarov da var. 

    O, 1982-ci il yanvarın 25-də Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. 2003-cü ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2006-2009-cu ildə BDU-nun Tarix fakültəsinin doktorantı olub, 2009-cu ildə “Şimali  Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917-1922)” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2017-ci ildə isə dosent elmi adını alıb.  

    Vasif Qafarov 2006-cı ildə Bakı Dövlət Universitetində müəllim kimi çalışıb. O, 2007-2017-ci illərdə isə Azərbaycan Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində fəaliyyətini davam etdirib. 

    Vasif Qafarov Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 12 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir.

    Vasif Qafarov ailəlidir, üç övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər