"Instagram"da növbəti yenilik: Yetkinlik yaşına çatmayan istifadəçilər...

"Instagram"da növbəti yenilik: Yetkinlik yaşına çatmayan istifadəçilər...
  • Maraqlı

  • "Instagram" 18 yaşdan kiçik istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.
     
    Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, "Gənclik hesabları” adlanan tətbiq çərçivəsində azyaşlı istifadəçilərin məzmuna girişi və digər istifadəçilərlə qarşılıqlı əlaqəsi məhdudlaşdırılacaq.

    Yeni qaydalar ABŞ, Kanada, Böyük Britaniya və Avstraliyada sentyabrın 17-dən qüvvəyə minib.

    "Instaqram"ın sahibi Meta-nın internet saytından verilən açıqlamaya görə, yeni hesablar 2024-cü ilin sonuna doğru Avropa Birliyində də qüvvəyə minəcək.

    Meta rəsmiləri bildiriblər ki, yanvar ayından etibarən digər ölkələrlə yanaşı Türkiyədə də "gənclik hesabları” istifadə edilməyə başlanacaq.

    Yeni məhdudiyyətlər nələr olacaq?

    Yeni tədbirlər çərçivəsində "gənc hesab” istifadəçilərinin hesabları avtomatik olaraq gizli olacaq. Beləliklə, yalnız istifadəçilər tərəfindən qəbul edilən izləyicilər paylaşdıqları məzmunu görə və onlarla əlaqə saxlaya biləcəklər.

    Eyni şəkildə, 18 yaşından kiçik istifadəçilər yalnız izlədikləri insanlara mesaj göndərə biləcəklər.

    "Gənclik hesabları” 18 yaşdan kiçik istifadəçilərə də vaxt xəbərdarlığı verəcək. Bu çərçivədə gündə 60 dəqiqəni keçən istifadəçilərə tətbiqdən çıxmalarını bildirən bildirişlər göndəriləcək.

    18 yaşdan kiçik hesablar da 22.00-07.00 arasında "yuxu rejiminə" keçəcək. Bu müddət ərzində daxil olan bildirişlər susdurulacaq və mesajlara avtomatik cavab veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər