Lənkəranda toya gedən qonaqlar qəzaya düşüb, xəsarət alanlar var

Lənkəranda toya gedən qonaqlar qəzaya düşüb, xəsarət alanlar var
  • Hadisə / Lənkəran

  • Lənkəranda iki "Mercedes" toqquşub

    Asiya.az-ın verdiyi məlumata görə hadisə gecə saatlrında Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Hərəkətdə olan iki "Mercedes" markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində nəqliyyat vasitələrindən biri yol kənarındakı kanala aşıb. Qəzada dörd nəfər 1948-ci il təvəllüdlü Nəsibə Mənşur qızı Ağayeva, 1982-ci il təvəllüdlü Xəyalə Fərzulla qızı Ramizli, 1957-ci il təvəllüdlü Arifə Mənşur qızı Fərzullayeva və 2006-cı il təvəllüdlü Həsən Fərid oğlu Fərzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.
    Qeyd edək ki, xəsarət alanlar toy mərasiminə gediblər. 

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər