Lənkəranda bir ailənin 3 üzvü qəzada xəsarət alıb

Lənkəranda bir ailənin 3 üzvü qəzada xəsarət alıb
  • Lənkəran / Hadisə

  • Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

    Asiya.az-ın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Qurumba kənd ərazisində qeydə alınıb. "VAZ-21015" və VAZ-21011" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran rayonunun Rvo kənd sakini 1983 - cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994 - cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və az yaşlı övladları R.N xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər