Asiya.az metbuat.az-a istinadən xəbər verir ki, 2-ci ordu korpusunun yeni komandiri Vilayət Quliyev Cəbrayıl rayonundandır.
General-mayor Quliyev Vilayət Quluyev Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. Vətən müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb.
Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin də işğaldan azad edilməsində iştirak edib.
V.Quliyev şücaətlərinə görə Prezidentin sərəncamı ilə "Rəşadət" ordenilə təltif edilib.