Masallı futbolunun yetirməsi İspaniyada: Əli Kiçikbəyov “Marcet”in “radarı”na düşüb

Masallı futbolunun yetirməsi İspaniyada: Əli Kiçikbəyov “Marcet”in “radarı”na düşüb
  • İdman / Masallı

  • Masallı futbol tarixində ilk yaşanır.

    Asiya.az xəbər verir ki, 2020-ci ildən fəaliyyət göstərir Masallı PFK-nın yetirməsi 2009-cu il təvəllüdlü Masallı rayon, Tatyanoba kənd sakini Kiçikbəyov Əli Fariz oğlu İspaniyanın Barcelona şəhərində yerləşən "Marcet" futbol akademiyasına transfer olub.
    “Masallı” PFK-nın açıqlamasında qeyd edilir ki, Əli Kiçikbəyov 2023/2024 mövsümündə “Turan Tovuz” komandasına transfer edilib. Bundan sonra ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən "Marcet" Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2008-2009-cu il təvəllüdlü 51 futbolçu arasında aparılmış seçimlərin nəticələri məlum olub.

    15 futbolçu Barselonaya yollanaraq 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcəklər. 
     “Marcet” Futbol Akademiyasının məşqçiləri Rive ro Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi futbolçuları sınaqdan keçiriblər. Yeniyetmə idmançıların “Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub.
    PAYLAŞ:

    Oxşar xəbərlər