Qətər hərəkətə keçdi: İlk həmlə

Qətər hərəkətə keçdi: İlk həmlə
  • Dünya

  • Qətər hökuməti 3 ərəb ölkəsi tərəfindən təşkil edilən sanksiya və məhdudiyyət səbəbindən zərərçəkən vətəndaşlara təzminat ödənilməsi üçün müvafiq beynəlxalq qurumlara müraciət ünvanlayacaq.

    Asiya.az xəbər verir ki, bu sözləri Qətərin Milli İnsan Haqları Komitəsinin rəhbəri Əli bin Dəmir əl-Merri deyib.

    O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələrin öz hava məkanını Qətərin üzünə bağlamasından və tətbiq etdiyi mühasirədən zərərçəkən Qətər və Körfəz Ölkələri Əməkdaşlıq Şurasına üzv ölkələrinin vətəndaşlarına təzminat ödənilməsi üçün Beynəlxalq Hüquq Bürosu ilə müqavilə imzalanacaq.

    Əl-Merri böhranın yaşandığı gündən bəri 700-yə yaxın şikayətin daxil olduğunu və vəziyyətin olduqca acınacaqlı olduğunu bildirib:

    “Tragik ailə problemləri ilə qarşı-qarşıyayıq. Bu duruma susa bilmərik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər