Masallıda əmək yarmarkası keçiriləcək

Masallıda əmək yarmarkası keçiriləcək
  • Masallı / Sosial

  • Dövlət Məşğulluq Agentliyinin Lənkəran–Astara Regional Məşğulluq filialının dəstəyi ilə Masallı şəhərində əmək yarmarkası baş tutacaq. 
     
    Asiya.az xəbər verir ki, tədbir 30 aprel tarixində saat 11:00-da Olimpiya İdman Kompleksində keçiriləcək. Burada 44 müəssisə tərəfindən 350-dən artıq vakansiyanın çıxarılması nəzərdə tutulub. İştirakçılara vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat təqdim olunacaq.

    Yarmarkaya gələn namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
    Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
    PAYLAŞ:

    Oxşar xəbərlər