Bakının mərkəzində faciəvi hadisə: tələbə öldü

Bakının mərkəzində faciəvi hadisə: tələbə öldü
  • Sosial, Olay

  • Bakının mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    Asiya.az xəbər verir ki, Nəsimi rayonu 28 May küçəsində naməlum avtomobil 1998-ci il təvəllüdlü Mehdiyev Samiri vurub. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.

    Ağır vəziyyətdə xəstəxanaya gətirilən 19 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

    Hazırda qəzanı törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Faktla bağlı 263-cü (ölümlə nəticələnən yol qəzası törətmə) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, S.Mehdiyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər