"Gənclik Mall"da gənc qız döyülüb xəstəxanalıq oldu

"Gənclik Mall"da gənc qız döyülüb xəstəxanalıq oldu
  • Sosial

  • Bakıda tanınmış ticarət mərkəzində gənc qız döyülüb.

    Asiya.az xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Ganjlik Mall"da baş verib.

    Belə ki, 1993-cü il təvəllüdlü Musayeva Nigar Emin qızı naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Hadisənin baş verdiyi əraziyə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi istiqamətində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər