Azərbaycanda İcra Hakimiyyətinin işçiləri atəşə tutuldu _Yenilənib

Azərbaycanda İcra Hakimiyyətinin işçiləri atəşə tutuldu _Yenilənib
  • Sosial / Cəmiyyət / Manşet / Hadisə

  • Daxili İşlər Nazirliyi Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan şəxslə bağlı məlumat yayıb.

    Asiya.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

    ***

    Abşeron rayonunda silahlı insident baş verib.

    Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.

    Asiya.az xəbər verir ki, Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

    Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan "Makarov” markalı tapança aşkar edilərək götürülüb.
    Faktla bağlı araşdırmalar davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər