Bakıda Gelandewagen dəhşətli qəza törədərək yandı: ölən və yaralanan var- Video

Bakıda Gelandewagen dəhşətli qəza törədərək yandı: ölən və yaralanan var- Video
  • SƏNƏT

  • Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

    "Report"un hadisə yerində olan müxbirinin sözlərinə görə, biri Mercedes Galendevagen olmaqla iki maşın prospektdə ötüşüblər. Bu zaman Galendevagen yolu keçmək istəyən piyadanı vurub. Bundan sonra idarəetməni itirən maşın aşıb.

    Onunla ötüşən digər maşın isə hadisə yerindən qaçıb.

    Asiya.az xəbər verir ki, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

    “Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

    Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

    Bakıda Gelandewagen dəhşətli qəza törədərək yandı: ölən və yaralanan var- Video

    Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.

    [media=http://eurasiadiary.com/az/news/society/172699-bakida-gelandewagen-yanib]

    ***

    Bakının Heydər Əliyev prospektində dəhşətli yol nəqliyyat hadisəsinin yeni görüntüləri yayılıb.

    Asiya.az-ın məlumatına görə, Seyran adlı şəxs Youtube kanalında qəza zamanı və hadisədən sonrakı vəziyyəti çəkib.

    Qeyd edək ki, "10-PP-203" dövlət nömrə nişanlı "Gelandewagen” markalı maşının 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılaraq yanın. Baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.

    Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.



    PAYLAŞ:

    Oxşar xəbərlər