“Qarabağ” – “Kopenhagen” matçının qəhrəmanı bəlli oldu

“Qarabağ” – “Kopenhagen” matçının qəhrəmanı bəlli oldu
  • İdman

  • Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” matçının ən yaxşısı müəyyənləşib.

    Asiya.az Apasport.az-a istinadən məlumatına görə, UEFA 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin futbolçusu Mahir Mədətovu fərqləndirib.

    Qarşılaşmanın taleyini həll edən qolun müəllifi görüşün ən yaxşısı adını qazanıb.

    Qeyd edək ki, UEFA hər avrokubok matçının gedişindən ən yaxşını seçir.
    PAYLAŞ:

    Oxşar xəbərlər