Azərbaycanlı jurnalist xəstəlikdən vəfat etdi

Azərbaycanlı jurnalist xəstəlikdən vəfat etdi
  • Sosial

  • Jurnalist, "Exo" qəzetinin fotoqrafı Samir Əliyev vəfat edib.

    Asiya.az xəbər verir ki, "Exo" qəzetinin redaksiyasından APA-ya verilən məlumata görə, S. Əliyev səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Zabrat qəbiristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, S. Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi fakültəsini bitirib. Bir müddət "Zerkalo" qəzeti ilə əməkdaşlıq edib. 2001-ci ildən "Exo" qəzetində həm jurnalist, həm də fotoqraf kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl həkimlər ona qanın mieloleykozu diaqnozunu qoyublar.
    PAYLAŞ:

    Oxşar xəbərlər