İlham Əliyev Rusiyada işgüzar səfərdədir

İlham Əliyev Rusiyada işgüzar səfərdədir
  • Siyasət / Manşet

  • Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gedib.

    Asiya.az xəbər verir ki, prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün "Novo-Oqaryovo” dövlət iqamətgahına gedib.

    Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi salamlayıb.

    İlham Əliyev Rusiyada işgüzar səfərdədir

    Rusiya paytaxtında MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

    Görüş Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilir.

    Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

    Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər.

    Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.

    Sammitdə 2017-ci ildə MDB-də Rusiyanın sədrliyinin yekunlarının müzakirə edilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılması planlaşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər