Tələbə özünü dənizə atdı - Bulvarda intihar

Tələbə özünü dənizə atdı - Bulvarda intihar
  • Olay

  • Bu gün saat 16:45 radələrində Dənizkənarı Milli Park ərazisində bir nəfər özünü dənizə atıb.

    Asiya.az xəbər verir ki, hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Dənizə düşən şəxsin kimliyi müəyyən olunub.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, onun Lerik rayon sakini,1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu olduğu bəlli olub.

    M. Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Bir ay sonra, fevralın 10-da M. Cahangirov 23-cü doğum gününü qeyd edəcəkdi.

    Hazırda meyitin axtarışları davam etdirilir.

    O, özünü atmadan öncə kurtkasını çıxararaq sahildə qoyub.
    PAYLAŞ:

    Oxşar xəbərlər