Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - FOTO- Yenilənib

Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - FOTO- Yenilənib
  • Sosial / Araşdırma / Cəmiyyət

  • Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.

    Asiya.az-ın Axşam.az-a istinadən verdiyi məlumatına görə, bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub. Məlumata görə, gəlin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar. Qeyd edək ki, Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır. Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.

    Qeyd edək ki, "Qafqazinfo" saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə "Moskva" univermağının sahibi olduğunu yazıb.

    ***

    Yanvarın 13-də yerli və xarici məşhurların iştirak etdiyi dəbdəbəli toyun səbəbkarları məlum olub.

    "Boyuk Saray”da keçirilən və Murad Boz, Fərhad Köçər, Leonid Aqutinin qatıldığı gecə sosial şəbəkələrdə geniş müzakirə olunub.

    Türkiyə mediası toyun sahibini azərbaycanlı iş adamı kimi təqdim edib.

    "Qafqazinfo” toyla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur. Onların valideynlərinin kimliyi ilə bağlı məlumat verilmir. Hətta, toya dəvət olunan məşhurlara bu barədə xəbərdarlıq edilib. Qeyd edək ki, Türkiyə mətbuatı Muradın Bakıdakı toydan aldığı qonorarın miqdarı barədə məlumat yayıb. Bildirilik ki, Boz azərbaycanlı iş adamından toyda iştriak müqabilində 400 min dollar ( təxminən 700 min AZN) pul alıb. İddia olunub ki, pop ulduz Türkiyədən Azərbaycana özəl təyyarə ilə gəlib.

    Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - FOTO- Yenilənib
    Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - FOTO- Yenilənib
    Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - FOTO- Yenilənib
    Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - FOTO- Yenilənib
    Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - FOTO- Yenilənib
    Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - FOTO- Yenilənib
    Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? - FOTO- Yenilənib
    PAYLAŞ:

    Oxşar xəbərlər