Polis şöbəsində intihar: Dindirilən şəxs özünü aşağı atdı

Polis şöbəsində intihar: Dindirilən şəxs özünü aşağı atdı
  • Hadisə

  • Tovuz rayon Polis Şöbəsində dindirilən şəxs özünü pəncərədən yerə atıb.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü aşağı atıb.

    Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər