Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir? – DOSYE

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir? – DOSYE
  • Siyasət, Araşdırma, Manşet

  • Səfər Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunub.

    Asiya.az Oxu.Az-a istinadən Səfər Mehdiyevin bioqrafiyasını təqdim edir:

    Mehdiyev Səfər Məmməd oğlu 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

    1998-ci ildə Türkiyənin Ege Universitetinin Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb.

    1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.

    2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib.

    2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı. Gömrük xidməti general-leytenantıdır.

    Ailəlidir, iki övladı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər