Prezidenti görmək üçün ağlayan uşaq arzusuna çatdı: İlham Əliyev “selfi” çəkdirdi (FOTOLAR)

Prezidenti görmək üçün ağlayan uşaq arzusuna çatdı: İlham Əliyev “selfi” çəkdirdi (FOTOLAR)
  • Sosial

  • Prezident İlham Əliyev onunla görüşmək istəyən uşağın ən böyük arzusunu reallaşdırıb.

    Asiya.az azxeber.com-a istinadən xəbər verir ki, 11 aprel seçkilərindən sonra azyaşlının sosial şəbəkələrdə videosu paylaşılmış və onun ən böyük arzusunun Prezidentlə görüşmək olduğu dilə gətirilmişdi.

    Prezident həmin uşağın arzusunu reallaşdırıb və bu gün Formula-1 Azərbaycan Qran-Prisində azyaşlı ilə görüşüb.

    İlham Əliyev uşaqla çəkdirdiyi selfi isə böyük maraqla qarşılanıb.

    Qeyd edək ki, 8-10 yaşlarında olan uşaq anasının zarafatla "Əgər İlham Əliyev prezident seçilsə, bu gün evimizə qonaq gələcək" sözlərinə inanıb. Daha sonra İlham Əliyevin yüksək səs faizi topladığını bilən uşaq anasına prezidentin niyə evlərinə gəlmədiyini soruşub.

    Azyaşlı anasının dediklərinin zarafat olduğunu anlayanda isə göz yaşlarına boğulub.

    Qeyd edək ki, həmin uşaq Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludur.


    Prezidenti görmək üçün ağlayan uşaq arzusuna çatdı: İlham Əliyev “selfi” çəkdirdi (FOTOLAR)
    Prezidenti görmək üçün ağlayan uşaq arzusuna çatdı: İlham Əliyev “selfi” çəkdirdi (FOTOLAR)
    Prezidenti görmək üçün ağlayan uşaq arzusuna çatdı: İlham Əliyev “selfi” çəkdirdi (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər