“Sınıq Körpü”də dəhşətli qəza – Bir sərhədçimiz həyatını itirdi, yaralılar var (Fotolar)

“Sınıq Körpü”də dəhşətli qəza – Bir sərhədçimiz həyatını itirdi, yaralılar var (Fotolar)
  • Olay

  • Bu dəqiqələrdə Azərbaycanın “Sınıq Körpü” gömrük sərhəd buraxılış məntəqəsində dəhşətli hadisə baş verib.

    Asiya.az xəbər verir ki, avropa.info-nun bölgə müxbirinin veridiyi məlumata görə,Azərbaycandan Gürcüstan tərəfə keçən propan qazı ilə yüklü İran TIR-ı idarə etməni itirərək, qəza törədib. İran İslam Respublikasının vətəndaşı yoxlanış zamanı idarə etdiyi iri həcimli yük maşınının mühərrikini söndürməyib. Sürücünün diqqətsizliyi nəticəsində yük maşını öz-özünə hərəkət edib. Bu zaman sərhəd qoşunlarının müddətdən artıq qulluq edən sərhədcisi gizir Süleymanov maşını saxlamaq istəsə də, buna nail olmayıb. O, maşının altında qalaraq keçinib.

    Bundan başqa bir neçə insanın yaralandığı, maşınların əzildiyi bildirilir. Qəza törədən avtomobil həmçinin gömrük sərhəd xidmətinin ərazisində də dağıntı törədib.

    Hadisə yerinə FHN-in əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.

    Faktla bağlı araşdırma davam edir.



    “Sınıq Körpü”də dəhşətli qəza – Bir sərhədçimiz həyatını itirdi, yaralılar var (Fotolar)
    “Sınıq Körpü”də dəhşətli qəza – Bir sərhədçimiz həyatını itirdi, yaralılar var (Fotolar)
    “Sınıq Körpü”də dəhşətli qəza – Bir sərhədçimiz həyatını itirdi, yaralılar var (Fotolar)
    PAYLAŞ:

    Oxşar xəbərlər