Asiya.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında komissiya üzvü Mehdi Mehdiyev məlumat verib. Onun sözlərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.