Mehman Hüseynov qardaşı ilə görüşdü: “Yuxu kimi gəlir” – FOTO

Mehman Hüseynov qardaşı ilə görüşdü: “Yuxu kimi gəlir” – FOTO
  • Cəmiyyət / Manşet

  • Blogger Mehman Hüseynov 8 ildən sonra ölkə hüdudlarından kənara çıxa bilib.

    O, İsveçrədə mühacir həyatı yaşayan qardaşı Emin Hüseynovla görüşüb və birgə foto çəkdirib. M.Hüseynov bu barədə özünün “facebook” hesabında bildirib.
    Mehman Hüseynov qardaşı ilə görüşdü: “Yuxu kimi gəlir” – FOTO
    Mehman və Emin Hüseynov qardaşları
    Mehman və Emin Hüseynov qardaşları
    Bloggerin həmin statusunu təqdim edirik: “Nəhayət ki, illər sonra qardaşımla görüşə bildim. Yuxu kimi gəlir mənə. Həbsxanada olarkən fikirləşirdim ki, bir də heç vaxt onu canlı görə bilməyəcəm. O xaricdə, məni isə girov kimi saxlayırdılar qapalı bir yerdə. Mənim vasitəm ilə ona hədə qorxu gəlirdilər, təzyiq edirdilər. Amma o geriyə addım atmadı, sona qədər məni müdafiə etdi. Çox maraqlı hisslər keçirdim. Xoşbəxtəm.

    Çox təəsüf ki, anam bu günləri görə bilmədi… Əminəm ki, anamın ruhu çox xoşbəxt oldu bu an.”
    PAYLAŞ:

    Oxşar xəbərlər