"İstənilən xəstəliyi dərmansız müalicə edirəm" - Paşa Yaqub

"İstənilən xəstəliyi dərmansız müalicə edirəm" - Paşa Yaqub
  • Hərb

  • Peyğəmbərlər tarixinə nəzər saldıqda görürük ki, onların hər biri insanları inandırmaq üçün öz möcüzələri ilə gəliblər. Məsələn, Musa Peyğəmbər Qırmızı dənizdən yol açaraq, qövmünü oradan salamat keçirdi; əlindəki əsayla cadugərlərin qurduqları sehrləri qırdı (bax: Quran, 20-ci surə). İsa Peyğəmbərin korların gözünü açması, ölünü diriltməsi və s. göstərdiyi böyük möcüzələr idi. Bugünlərdə moderator.az saytında dərc olunan “ABŞ-ın Aya sahiblənmək istəyinin sirri Quranda imiş...” araşdırma məqaləsindən göründüyü kimi, Məhəmməd əleyhissəlamın möcüzəsi ilə Ayın parçalanması faktı artıq Amerika Milli Kosmik Agentliyinin (NASA) Ayda tədqiqat aparan alimləri tərəfindən təsdiq olundu.

    Peyğəmbərlərdən sonra yaşamış bir çox imamların və övliyaların da kəramət göstərərək xəstələrə şəfa verməsi barədə yaxın keçmişimizdə çoxsaylı faktlar mövcuddur.

    Bütün bunları xatırladıqca insan beynində bir sual yaranır: peyəmbərlərin və Allah dostlarının göstərdikləri bu möcüzələrin, kəramətlərin baş verməsi üçün böyük bir enerji tələb olunur. Bu enerji onlarda necə yaranır? Bunun bir elmi izahı varmı? Bu sualla tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Həkimin cavabını oxucularımıza təqdim edirik:

    - Doğurdan da peyğəmbərlərin və digər Allah dostlarının göstərdikləri möcüzə və kəramətlər güclü enerji sayəsində başa gəlir. Bildiyimiz kimi, Kainat fizikanın qanunları ilə (fiziki qanunlarla) idarə olunur. Burada baş verən bütün enerji proseslərində bir qanunauyğunluq var. Ancaq, müasir elm Kainatda baş verən bir çox qanunauyğunluqları izah etməkdə acizdir. Ona görə ki, hal-hazırda istifadə edilən Elementlərin Dövri Sistemi saxtalaşdırılıb. Mendeleyevin ölümündən sonra cədvəldən “Efir” adlanan elementi çıxardılar. Bu saxtalaşdırma kimya və fizika elmlərinin inkişafına zərbə vurdu. Bu elmlərdə bir yarımçıqlıq, natamamlıq yarandı. Bu səbəbdən də müasir elm Kainatda baş verən bir çox hadisələri, o cümlədən, möcüzə və kəramətləri izah edə bilmir. Çünki, “Efir” elementinin sirlərini bilmədən bunları izah etmək mümkün deyil.

    -Mendeleyevin ölümündən sonra “Efir” elementi Dövri Sistemdən niyə çıxarıldı?

    - Mendeleyev sağ olarkən, onun tətərtib etdiyi Elementlərin Dövri Sistemi Cədvəlinin orjinalında “Efir” adlı element mövcud idi. 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəli salınmışdır.


    1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabının 8-ci nəşrində Mendeleyev cədvəli

    Kimyəvi işarəsi “X” olan bu elementi Mendeleyev öz cəvəlində “Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı sol küncündə yerləşən bu maddə "Dünya efiri" idi. Cəvəldə “Efir” “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element əsl enerji daşıyıcısıdır.

    “Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir).

    Mendeleyevin vəfatindan (1907) sonra, bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və “sıfır” qrupunu ləgv etdilər. Beləliklə də, bir çox sirləri qizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Efir” görsənmir. Çünkü “0” qrupu mövcud deyil. Bu cür saxtalaşdırma kimya, fizika, biologiya elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssisələrində Mendeleyev cədvəli tamamlanmamış, yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir.

    -Paşa doktor, sizin əvvəlki yazılarınızdan oxudum ki, “Efir” elementinin sirlərini bilən alimlər müəmmalı şəkildə öldürülürlər?

    -Bəli, tarixə nəzər yetirsək görərik ki, “Efir” elementinin sirlərindən bəşəriyyətin xeyrinə istifadə edən alimlər müəmmalı şəkildə öldürülüblər. Belə ki, bir çox alimlər bu sonsuz enerji maddəsinin cəmiyyətin xeyrinə tətbiq olunma variantlarını işləyiblər. Amma, hamısının sonu faciə ilə bitib. Bəşəriyyətin tərəqqisini istəməyən mafiyoz qüvvələr buna imkan verməyiblər. Məsələn, böyük alim Nikola Tesla (1856 – 1943) “Efir”dən energi alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi: hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı. Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti yoxa çıxardı.
    Hazırda Elimlər Akademiyası adlandırılan qurumlar “Efir” elementi ilə bağlı heç bir tədqiqat işini qəbul edilmirlər. Çünki, bu mövzuya hansısa Dünya gücləri tərəfindən qadağa qoyulub. Misal üçün, daimi mühərriklərin ixtirası baxlmır.

    -Doktor, “Efir” elementi və onun faydalarının bəşəriyyətdən belə ciddi-cəhdlə gizlədilməsinin səbəbi nədir?

    -Məncə səbəb odur ki, bu element Kainatın enerjisini, ruhunu təşkil edir. “Efir”in varlığını, onun sirrini bilmədən, Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurlarına nəzarət edən mafiyaların marağına uyğun deyildir. Bu səbəbdən də elmin inkişafına mane olmaqla, bu gün dünyada yarımçıq – inamsız, imansız dərrakəsiz bir kütlə formalaşdırıblar ki, onları asanlıqla istismar edirlər. Bu sirləri bilməyən adam kamilləşə bilməz. Kamilləşməyən adam isə, Peyğəmbərlik, övliyalıq məqamına yüksələ bilməz. Ona görə də müasir dövrümüzdə möcüzə göstərən adamlara rast gəlinmir; kəramət sahiblərinə isə, çox nadir hallarda rast gəlinir.

    “Efir” enerjisi bütün xəstəliklərin dərmanıdır

    -Paşa doktor, yuxarıda qeyd etdiniz ki, kəramət sahiblərinin xəstələrə şəfa verməsi də “Efir” enerjisi ilə mümkün olur. Səhv etmirəmsə siz özünüz də xəstələrinizi bu elementin sirləri ilə müalicə edirsiniz...

    -Elementlərin Dövri Sistemindən “Efir”in çıxarılması kimya, fizika və biologiya elmlərinin inkişafının qarşısını aldığı kimi, eləcə də tibb elminə zərbə vurdu. Tibb elmi, adını çəkdiyim elmlərə bağlı olduğundan, onlar kimi, yarımçıq qaldı.

    Təcrübəmiz göstərir ki, “Efir” elementinin sirlərini dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Necə ki, Nikola Tesla bu sirləri kəşf etməklə, daimi işləyən mühəriki, enerjinin naqilsiz ötürülməsini ixtira etmişdi (təəssüf ki, bütün bunlar bəşəriyyətdən gizlədildi). Qeyd edək ki, bizim tətbiq etdiyimiz müalicə metodu da məhz bu sirlərə əsaslanır. İnsan bədənində toplanan və orqanların funksiyasını pozan, ağrılara, xəstəliklərə səbəb olan neqativ enerjini bədəndən məhz “Efir”in enerjisi ilə xaric etmək mümkündür. Bu sirlər tibb elminə məlum olmadığından, bir çox xəstəliklər müalicəsiz hesab edilir. Hansı ki, belə “müalicəsiz” xəstəliklərin çoxunu “Efir”lə müalicə edib, sağaltmaq mümkündür. Zaman keçdikcə insan oğlu dərk edəcək ki, “Efir”dən alınan enerji bütün xəstəliklərin dərmanıdır...

    Nəzərinizə çatdırım ki, bu element istənilən adamda vardır. Sadəcə, bunu müalicəyə tətbiq etmək üçün müəyyən sirləri bilmək lazımdır. Biz bu sirlərə uzun araşdırmalardan, tədqiqatlardan sonra vaqif olduq. Elə bu səbəbdəndir ki, tibb elminin müalicəsiz hesab etdiyi bir çox xəstəlikləri heç bir dərman tətbiq etmədən, “Efir” enerjisi ilə müalicə edirik. Məsələn: bütün növ qorxular, fobiyalar, depressiyalar, həzm sistemi xəstəlikləri, zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq, uroloji xəstəliklər, autizm, onurğa xəstəlikləri, cinsi disfunksiyalar, hormon pozğunluqları, nevrozlar, sinir sistemi xəstəlikləri, yuxusuzluq, parkinson, şizofreniya, miqren, zob, mielit, masteniya, dağınıq skleroz, dəmirov və s. dəri zöhrəvi xəstəlikləri, sonsuzluq, kista, mioma, fibroma və s şişlər...
    Onu da qeyd etmək istəyirəm ki, “Efir”in sirlərini bilməklə nəinki qarşındakı xəstəni, hətta, səndən min kilometrlərlə uzaqda olan xəstəni də sağaltmaq olur. Necə ki, N. Tesla enerjini naqilsiz ötürürdü...


    -Maraqlı müsahibəyə görə təşəkkür edirik

    Dr. Paşa Yaqubun konsultasiyasına yazılmaq istəyənlər üçün əlaqə nömrəsi: 050 375 30 97

    PAYLAŞ:

    Oxşar xəbərlər