Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə - Xəbərdarlıq

Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə - Xəbərdarlıq
  • Sosial / Manşet

  • Bakıda ötən gün əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 5 ağac aşıb.

    Asiya.az Qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

    Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi, Binəqədi, Suraxanı, Yasamal və Sabuncu rayonlarında qeydə alınıb.

    O.Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub.

    Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da vurğulayıb.

    ***

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

    BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, güclü küləyin müşahidə edilməsi, bununla bərabər ağacların hazırda inkişaf etmə mərhələsində olması onların aşma təhlükəsini artırır. Belə külək hətta sağlam ağacları da aşıra bilər:

    "İndi ağaclar inkişaf etmə mərhələsində olduqlarından onların aşma təhlükəsi əvvəlki aylara nisbətən daha çoxdur. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".

    Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.
    PAYLAŞ:

    Oxşar xəbərlər