Asiya.az xəbər verir ki, nikah şahidləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın olduğu toyda Acun Ilıcalı, Demet Akalın, Alişan və başqa məşhurlar iştirak ediblər.
Bir çox hadisələrlə yadda qalan mərasimdə Əminə Gülşe 2 ayrı gəlinlik dəyişib. Aktrisanın ilk geyindiyi təxminən 152 308 manat dəyərində libası dünya şöhrətli gəlinlik markası "Zuhair Murad" moda evindən olub.
Məsud Özil isə bəylik kostyumunu "Alessandro Martarana" markasından seçib.