İcra başçısı rayon sakinləri ilə səyyar qəbul-görüşü keçirdi - FOTO

İcra başçısı rayon sakinləri ilə səyyar qəbul-görüşü keçirdi - FOTO
  • Sosial

  • Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

    Asiya.az xəbər verir ki, 12 iyun 2019-cu il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

    Qəbulda RİH-nin məsul şəxsləri, Nərimanov bələdiyyəsinin sədri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.

    Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirdi.

    Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.


    İcra başçısı rayon sakinləri ilə səyyar qəbul-görüşü keçirdi - FOTO
    İcra başçısı rayon sakinləri ilə səyyar qəbul-görüşü keçirdi - FOTO
    İcra başçısı rayon sakinləri ilə səyyar qəbul-görüşü keçirdi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər