Asiya.az xəbər verir ki, yarışın ilk günündə Karate Federasiyaları Assosiasiyasının və Taekvando Federasiyasının 1-ci vitse prezidenti, ikiqat dünya çempionu, 7-ci dan qara kəmər sahibi Füzuli Musayev tərəfindən idmançılarla seminar keçirilib və bu tədbirdə 250-dən çox yeniyetmə və gənc iştirak edib.
Növbəti gün isə regionların 11, Bakı şəhərinin 10 və Rusiyanın Maqadan vilayətindən olan bir komanda ilə ümumilikdə 300-ə yaxın idmançı bu yarışda güclərini sınayıb.
Yarışın keçirilməsi Arpaçay Karate Klubu qarşıdan gələn “Olimpiya ümidləri” yarışına və “Respublika çempionatı”na hazırlıq məqsədi daşıyır.
Yarışın açılış mərasimində Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin xatirəsi və Azərbaycan Respublikasının suverenliyi və torpaqları uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xətai rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Pənah İmanov açılış nitqi söyləyərək idmançıları bu münasibətlə təbrik edib, uğurlar arzulayıb.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin və Arpaçay Karate Klubunun nümayəndələrinin çıxışından sonra yarışların təşkili və keçirilməsində dəstəyi və aktiv iştiraklarına görə bir sıra iştirakçılar, o cümlədən, İdman Sağlamlıq Mərkəzinin rəisi, polkovnik Füzuli Musayev Xətai rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif ediliblər.
Yarış qaliblərin mükafatlandırılması ilə başa çatıb.