Rusiya klubu azərbaycanlı futbolçunu transfer edib

Rusiya klubu azərbaycanlı futbolçunu transfer edib
  • İdman

  • Rusiyanın Leninqrad vilayətini təmsil edən “Leninqradets” klubu Azərbaycan milli komandasının hücumçusu Rizvan Ömərovu transfer edib.

    Asiya.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

    “Zenit” futbol məktəbinin yetirməsi olan 23 yaşlı R.Ömərov son iki ili Nijnekamski “Nefteximik”də keçirib, 34 oyuna 19 qol vurub.

    “Leninqradets” komandası 2018-ci ildə təsis edilib və ölkənin Peşəkar Futbol Liqasında çıxış edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər