Prezident üç hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM

Prezident üç hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

    Asiya.az azertac-a istinadən bildirir ki, Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

    "general-leytenant" hərbi rütbəsi

    general-mayor Abbas Sultan oğlu Xəlilova

    general-mayor Ehram Arif oğlu Hacıyevə

    "general-mayor" hərbi rütbəsi

    polkovnik Ramin Sabir oğlu Bağırova

    "kontr-admiral" hərbi rütbəsi

    1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova

    1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə.
    PAYLAŞ:

    Oxşar xəbərlər