22 yaşlı gənci ürəyindən bıçaqladılar

22 yaşlı gənci ürəyindən bıçaqladılar
  • Hadisə

  • Tovuzda 22 yaşlı gənc ürəyindən bıçaqlanıb.

    1997-ci il təvəllüdlü rayonun Hunan kənd sakini İsmayıl Məmmədov ürək nahiyyəsindən bıçaq zərbəsi alıb.

    Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilib. Vəziyyəti ağır olduğundan onu Gəncədəki özəl xəstəxanalardan birinə gətirilməsi planlaşdırılır.

    İlkin ehtimala görə İ.Məmmədovu həmkəndlisi söyüş üstündə bıçaqlayıb. Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər