Azərbaycanlı İsveçdə yüksək vəzifəyə seçildi

Azərbaycanlı İsveçdə yüksək vəzifəyə seçildi
  • Siyasət / Manşet

  • Bu gün İsveç Krallığının Partille bələdiyyə məclisinin qərarı ilə Turan Əliyev 2020- 2023-cü illər üçün Göteborq bölgə məhkəməsinə jüri üzvü seçilib.

    Asiya.az xəbər verir ki, bu barədə Modern.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

    Onun sözlərinə görə, məhkəmə Göteborq, Öckerö, Harrida, Kungalvs, Mölndals və Partille bələdiyyələrində 779.833 nəfər sakini əhatə edir:

    "İsveç məhkəmə sistemində jüri üzvləri siyasi partiyalar tərəfindən namizəd göstərilir, bələdiyyə məclisi tərəfindən qəbul olunur. Lakin bu, siyasi vəzifə sayılmır. Məhkəmə prosesində 3 jüri üzvü və 1 hakim qərarın verilməsində bərabər hüquqa və səs haqqına malikdirlər".

    Əziz oğlu Əliyev 1983-cü ilin 22 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndində ziyalı ailəsində anadan olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər