İlqar Məmmədov Üzeyir Mehdizadə haqda: Böyük istedaddır

İlqar Məmmədov Üzeyir Mehdizadə haqda: Böyük istedaddır
  • Cəmiyyət

  • Real Partiyasının sədri İlqar Məmmədov növbəti dəfə yazdığı statusla gündəmə gəlib.

    Asiya.az xəbər verir ki, o müğənni Üzeyir Mehdizadə haqda xoş sözlər deyib. Partiya sədri Üzeyirin mahnısının "youtube”də 100 milyon baxışı keçdiyini deyib:

    "100 milyon baxış! Həbsimdən qabaq rusdilli forumlar Azərbaycanda Facebook'dan güclü idi. Orda bir-iki dəfə yazmışdım ki, Üzeyir Mehdizadə'nin güclü musiqi istedadı var, amma bu istedadı yönəldən yoxdur. Məni ələ salmayan qalmadı, baxmayaraq ki, "musiqisini bəyənirəm" demədim (fərqli zövq məsələsidir), sadəcə "böyük istedadını görürəm" dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!”
    PAYLAŞ:

    Oxşar xəbərlər