Yol polisinə yalnız gözəl qızların götürüldüyü ölkə: Burada işıqforlar yoxdur

Yol polisinə yalnız gözəl qızların götürüldüyü ölkə: Burada işıqforlar yoxdur
  • Dünya / Maraqlı

  • Şimali Koreyada dünyanın qalan hissəsi üçün sürreal görünən çox şey var. Məsələn, adamların hərbi addımlarla işə getməsi və ya hamının oxşar saç düzümlərindən istifadə etməsi. Şimali Koreyada işıqforlar da yoxdur.

    Asiya.az xəbər verir ki, Asiya ölkəsində bu işi qadınlar görür. Yol polisinə də yalnız gözəl qızları götürürlər. Onlar əlindəki çubuqla nəqliyyatın hərəkətini tənzimləyir.

    Şimali Koreyada təkcə Pxenyanda az-çox nəqliyyatın hərəkəti gözə dəyir. Düzdür, dövlət yol polisinin qadın əməkdaşları daha bir neçə şəhərdə fəaliyyət göstərir. Amma onlar, adətən, küçədə çox bekar qalırlar.

    Pxenyanın təxminən 40 yerində qadın yol polislərini görmək olur. Hər adamı burada işə götürmürlər. Yol polisi olmaq Asiya ölkəsində bir növ hörmətli iş sayılır.

    Yol polislərinə yaşadıqları şəhərdə ayrıca mənzil verirlər. Onların qida təminatı da sıravi şimalikoreyalılardan daha yaxşıdır.

    Burada iş haqda arzulamaqla heç nə alınmır. Gərək boy-buxunlu, həm də gözəl olasınız. Şimali Koreyada yol polislərinin hətta gözəl müsabiqəsi də var.
    PAYLAŞ:

    Oxşar xəbərlər