Nərimanov RİH-in başçısı sakinlərlə səyyar qəbul keçirdi - FOTOLAR

Nərimanov RİH-in başçısı sakinlərlə səyyar qəbul keçirdi - FOTOLAR
  • Sosial

  • Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.

    Asiya.az xəbər verir ki, Rayon sakinlərinin, Rayon Bələdiyyəsi sədrinin, ərazi icra nümayəndələrinin, digər xidmət sahələri rəhbərlərinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulamışdır.

    Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır.

    Qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.
    Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.


    Nərimanov RİH-in başçısı sakinlərlə səyyar qəbul keçirdi - FOTOLAR
    Nərimanov RİH-in başçısı sakinlərlə səyyar qəbul keçirdi - FOTOLAR
    Nərimanov RİH-in başçısı sakinlərlə səyyar qəbul keçirdi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər